`Türkiyə illərdir terrorun hədəfindədir` - Şeyx
21:56 15 İyul 2017
İllərdir Türkiyə dövləti amansız terrorun hədəfindədir.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün Bakıda Heydər məscidində ötən il Türkiyədə dövlət çevrilişinə cəhd zamanı şəhid olanların ildönümünə həsr edilmiş vəhdət namazı ilə bağlı təşkil olunan tədbirdə deyib.
O qeyd edib: "Bu gün Bakıda Türkiyədə ötən ilin 15 iyun tarixində törədilən dövlət çevrilişi cəhdi zamanı həlak olanların xatirəsi anılır. Türk xalqına heç bir xain qüvvə qalib gələ bilməz. Bu gün Azərbaycan xalqı ötən ilin 15 iyununda Türkiyədə dövlət çevrilişinə cəhddə şəhid olanların xatirəsini anır, qardaş Türkiyəyə başsağlığı verir. Azərbaycanın bütün məscidlərində Türkiyənin dövlətçiliyi naminə canlarını fəda etmiş şəhidlərin xatirəsi yad olunur. Müqəddəs dəyər olan insan həyatına qəsd edən, öz xalqına, dövlətçiliyinə xəyanət edənlərin xain niyyətləri Türkiyə dövlətinin və xalqının birliyi, qətiyyətli müdafiəsi sayəsində puç oldu".
QMİ sədri vurğulayıb ki, illərdir Türkiyə dövləti amansız terrorun hədəfindədir: "İllərdir öz iyrənc təbliğatını hiyləgərcəsinə qura bilmiş, türk-islam dünyasının daxilində fəsadlar törətmək niyyətində olan FETÖ şəbəkəsi Türkiyə xalqına və dövlətinə xaincəsinə zərbə vurmağa qalxdıqda, dinc insanları, qadın, uşaq, qocaları hədəfə aldıqda türk milləti bu xain, məkrli niyyətin qarşısını qətiyyətlə almaq qüdrətini nümayiş etdirdi. Həmin gecə Türkiyə xalqı qətiyyət nümayiş etdirərərk terorçulara qalib gəldi".
QMİ sədri əlavə edib ki, Türkiyə bizim uğurumuza sevinən, kədərimizi bölüşən, Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın ədalətli mövqeyini daim müdafiə edən qardaş ölkədir: "Bir daha Türkiyə xalqına, dövlətinə, şəhid ailələrinə başsağlığı veririk. Azərbaycan xalqı və dövləti hər zaman Türkiyənin yanındadır. Azərbaycan və Türkiyə dostluğu, qardaşlığı və mənəvi birliyi sarsılmazdır".
Femida.az
Oxunub: 806
Oxşar xəbərlər
- `Türkiyədən hərbi məhsullar alırıq və alacağıq` - İlham Əliyev
- `Türkiyə iqtisadiyyatına 1.5 milyard dollar yatırmışıq` - Mənsimov
- `Türkiyənin Avropa İttifaqına üzvlüyü mümkünsüzdür` - Merkel
- `Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır`
- `Türkiyə Avropa Şurası ilə əlaqələrinə yenidən baxacaq` - Çavuşoğlu
- `Türkiyə razılaşmalardan imtina edib` - Nalbandyan
- `Türkiyə belə davam etsə, yeni müharibə başlayacaq`
- `Türkiyə heç bir halda Krımın ilhaqını tanımayacaq` - Çavuşoğlu
- `Türkiyə xalqının yanındayıq` - Novruz Məmmədov
- `Türkiyə söz verdi` - Putin